суббота, 29 марта 2014 г.

Enerjisiz dünya ?!

Biz araşdırıb belə nəticəyə gəldik ki,enerji tükənsə dünyanın sonu olar.
Günəş enerjisi olmasa dünya məhv olar.
İstilik enerjisi  olmasa canlılar soyuqdan  məhv olar.
 Elektrik enerjisi olmasa kömpüterlər işləməz,qatarlar hərəkət etməz,telefonlar işləməz və s.
Deməli dünyanı enerjisiz təsəvvür etmək olmaz.

Müasir həyat

Müasir texnikanın əsasını elektrik enerjisi təşkil edir.Gündəlik həyatımızda istifadə etdiyimiz avadanlıqlar elektrik enerjisi vasitəsilı işləyir. Elektrik enerjisi bizim həyatımızı gözəlləşdirir və rahatlaşdırır.


Enerjilər

Enerji  bizim həyatımızın ayrılmaz hissəsidir.Enerjinin müxtəlif növləri vardır.
1.Mexaniki enerji
2.Kimyavi enerji
3.Elektrik enerjisi
4.Günəş enerjisi
5.Atom enerjisi
6.İstilik enerjisi  və s.


Hər birimizin  həyatında  enerji  xüsusi əhəmiyyəti  var,xüsusilə elektrik enerjisi.
Biz araşdırıb belə nəticəyə gəldik ki,elektrik enerjisini müxtəlif yollarla hasil etmək olar.
1.S.E.S-da
2.A.E.S-da
3.İ.E.S-da
4.Külək stansiyalarında
Bu stansiyaların içərisində su və küləyin  enerjisindən istifadə daha sərfəlidir.Çünki bu stansiyalar vasitəsilə elektrik enerjisi əldə etmek ekoloji cəhətdən təmiz və sərfəlidir.